AZ

Mersində qanlı GÖRÜŞ: Gənc oğlan keçmiş sevgilisini öldürməyə CƏHD ETDİ

Mersində gənc oğlan keçmiş sevgilisini boğmağa və bıçaqlamağa cəhd edib.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Türkiyənin Mersin şəhərində dəhşətli cinayət hadisəsi baş verib. 24 yaşlı gənc 19 yaşlı keçmiş sevgilisi ilə münasibətlərini müzakirə etmək üçün görüş təşkil edib və ona birlikdə yaşamaq üçün evə baxmağı təklif edib.

Lakin görüş qısa müddətdə mübahisəyə, daha sonra isə amansız hücuma çevrilib.

Hücum edən şəxs əvvəlcə qızı telefon doldurma kabeli ilə boğmağa çalışıb. Cəhdi uğursuz olduqda isə o, bıçağı çıxararaq qıza 10-a yaxın zərbə endirib.

Zərərçəkən qızı hadisə yerindən keçən insanlar xilas ediblər. Onlar qıza dərhal ilkin tibbi yardım göstərərək xəstəxanaya çatdırıblar.

Təcili əməliyyat olunan və 5 gün reanimasiyada qalan qızın həyatı xilas edilib, hazırda onun vəziyyəti stabildir.

Hücum edən şəxs hadisə yerindən qaçıb, polis onu axtarır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
24
interpress.az

1Mənbələr