
ABŞ hərbçiləri Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılığı ilə əlaqəli olduğu iddia edilən iki gəmiyə zərbələr endirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı (SOUTHCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
Paylaşımda deyilir:
"Kəşfiyyat təsdiqləyib ki, gəmilər Sakit okeanın şərqindəki məlum narkotrafik marşrutları ilə hərəkət edirdi və qanunsuz narkotik dövriyyəsi ilə məşğul olurdu."
SOUTHCOM-un dəqiqləşdirdiyi məlumata görə, birinci zərbə nəticəsində iki nəfər, ikinci zərbə zamanı isə daha üç nəfər zərərsizləşdirilib.
Hadisə zamanı bir nəfər sağ qalıb. Əməliyyatdan sonra Cənub Komandanlığı sağ qalan şəxsin tapılması və xilas edilməsi üçün ABŞ Sahil Mühafizəsinə axtarış-xilasetmə sistemini işə salmaq barədə məlumat verib.
Məryəm Quliyeva