İslamabad görüşünün çöx böyük gərginlik şəraitində keçdiyi barədə məlumatlar yatılmaqdadır. Bildirilir ki, İran XİN rəhbəri Abbas Arakçı son İslamabad görüşündə olduqca gərgin və əsəbi olub.
Xəbər verilir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, Arakçı ABŞ prezidentinin xüsusi elçisi Uitkoffla əlbəyaxa davaya çıxmaq həddində olub. O, Uitkoffa nifrətlə baxırmış. Buna baxmayaraq, o, diplomatik etiketi qoruyub. Ancaq iranlı təcrübəli diplomat Hörmüz məsələsinə görə Uitkoffla açıq söz duelinə çıxıb.
Qeyd edək ki, ötən gün ABŞ və İran nümayəndələri arasında İslamabadda danışıqlar keçirilib və nəticəsiz başa çatıb.