AZ

Avropa liderləri Orbanın məğlubiyyətindən sonra rahatlıqla nəfəs alıdlar

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Macarıstanın baş naziri Viktor Orbanın seçkilərdə məğlubiyyəti Brüsseldə böyük rahatlıq və müəyyən dərəcədə sevinc hissi yaradıb, çünki Avropa rəsmiləri ümid edirlər ki, yeni Macarıstan hökuməti daha Avropa yönümlü siyasət aparacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə CNN-in verdiyi məlumatda qeyd edilib.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen sosial şəbəkədə: “Macarıstan Avropanı seçdi. Avropa həmişə Macarıstanı seçib. Birlikdə biz daha güclüyük. Ölkə Avropa yoluna qayıdır. Birlik daha da güclənir,” – deyə qeyd edib.

Avropa Parlamentinin sədri Roberta Metsola Peter Madyarı qələbəsi münasibətilə təbrik edərək əlavə edib: “Macarıstanın yeri Avropanın mərkəzindədir”.

“Fon der Leyen və Metsolanın şərhləri gözlənilməz deyil – Orban 16 illik hakimiyyəti ərzində Avropa İttifaqı üçün böyük problem yaratmış, Brüssellə bir sıra məsələlərdə münaqişədə olub. Miqrasiya qanunvericiliyindən tutmuş Avropa İttifaqının Ukraynaya dəstəyinə qədər, Orban bir çox hallarda prosedur gecikmələr və veto hüququndan istifadə edərək əsas sazişlərin imzalanmasını pozub,” – deyə məlumatda bildirilir.

Orbanla fikir ayrılıqları yaşamış Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsində bildirib ki, Fransa “Macarıstan xalqının Avropa İttifaqının dəyərlərinə sadiqliyini və Macarıstanın Avropadakı rolunu təsdiqləyən qələbəni” alqışlayır.

Almaniya kansleri Fridrix Merz isə Madyarı təbrik edərək: “Güclü, təhlükəsiz və, hər şeydən əvvəl, birləşmiş Avropa naminə qüvvələrimizi birləşdirək”, - deyə qeyd edib.

Estoniya Baş Naziri Kristen Mihal, və İsveçin Baş Naziri Ülf Kristersson bu seçkilərin nəticəsindən razı olduqlarını gizlətməyiblər.

Macarıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səslərin 89,97%-i hesablandıqdan sonra “Tisa” koalisiyası parlamentdə səslərin 2/3 əksəriyyətini – 138 mandat qazana bilib.

"Axios" nəşri isə yazır ki, Macarıstandakı siyasi zəlzələ Budapeşt sərhədlərindən kənarda da təsir göstərəcək. Məqalədə qeyd olunur ki, seçici fəallığı kommunist hakimiyyətinin sona çatmasından bəri ən yüksək səviyyəyə çatıb. Bu, həm Orbanın hakimiyyətindən yaranan dərin yorğunluğu, həm də ciddi çağırış edə biləcək yeni vahid müxalifətin ortaya çıxmasını göstərir. Madyar partiyalararası koalisiya formalaşdırıb, hansı ki, həm məyus olan mühafizəkarlar, həm də ənənəvi müxalifət tərəfdarlarının dəstəyini qazanıb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
bizimyol.info

1Mənbələr