Yazını böyüt
Yazını kiçilt
Supermodel İrina Şeykin rusiyalı vergi ödəyicilərinə borcu yaranıb.
Hafta.az xəbər verir ki, "Shot" "Telegram" kanalı yazır ki, 2018-ci ildə Çelyabinsk vilayətində modelə 322 rubl 23 qəpik (təqribən yeddi manat - red.) əlavə vergi hesablanıb, lakin həmin vaxtdan bəri faizlər artıb və ümumi məbləğ iki min rublu (təqribən 44 manat - red.) keçib.
Şeyk böyük ehtimalla, borcdan heç xəbərdar da olmayıb. Onun doğma Yemanjelinsk şəhərindəki məhkəmə icraçıları icraat başladaraq dörd il ərzində uğursuz şəkildə modeli axtarıblar, lakin onu tapmaq mümkün olmayıb. Nəticədə borclunun məbləği ödəmək üçün əmlakı, gəliri və ya vəsaitinin olmaması əsası ilə icraat dayandırılıb.