Banco.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Müəllif:Mehin Qasımova,Banco.az
Elektrikli nəqliyyat vasitələrinin bazarda sürətlə yayılmasına baxmayaraq, benzin mühərrikli avtomobillərə maraq hələ də yüksək olaraq qalır. Bu fonunda mütəxəssislər mövcud modelləri geniş şəkildə sınaqdan keçirərək 2026-cı ilin ən yaxşı benzin avtomobillərini müəyyən ediblər.
Banco.az xəbər verir ki, avtomobil dünyasının nüfuzlu platformalarından biri olan "WhatCar?" 2026-cı ilin ən uğurlu 10 benzinlə işləyən avtomobilini müəyyən edib.
"What Car?" ekspertlərinin apardığı qiymətləndirmə zamanı avtomobillər etibarlılıq, komfort, daxili məkan və sürücülük performansı kimi əsas meyarlar üzrə analiz olunub.
Aparılan testlərin nəticəsinə əsasən, "Kia Sportage" 2026-cı ilin ən yaxşı benzin avtomobili seçilib.
Ekspert rəylərinə əsasən siyahı belədir:
Kia Sportage
BMW X7
Volvo XC40
Volkswagen T-Roc
Skoda Superb Estate
BMW 4 Series Coupe
SEAT Ibiza
Porsche 911
Volvo XC90
Mercedes-Benz CLE Cabriolet
Mütəxəssislərin fikrincə, elektrikli avtomobillərin yüksəlişinə baxmayaraq, benzin mühərrikli modellər hələ də etibarlılıq və praktik istifadə baxımından bazarda güclü mövqeyini qoruyur.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.