AZ

"Xalq Bank" ölkənin ən çox vergi ödəyən 100 şirkəti sırasındadır

"Xalq Bank" 2025-ci ilin maliyyə nəticələrinə əsasən, Azərbaycanın ən çox vergi ödəyən 100 şirkəti sırasında yer alıb. Qeyd edək ki, Dövlət Vergi Xidməti tərəfindən açıqlanan siyahı 2025-ci ildə dövlət büdcəsinə ən çox vergi ödəyən və bu məlumatın ictimaiyyətə təqdim edilməsinə razılıq verən vergi ödəyicilərini əhatə edir.

"Unikal" xəbər verir ki, "Xalq Bank"ın bu siyahıda təmsil olunması onun ölkə iqtisadiyyatına verdiyi töhfəni, şəffaf fəaliyyət prinsiplərinə sadiqliyini və maliyyə dayanıqlılığını təsdiq edir.

"Xalq Bank" ötən il ərzində məhsul və xidmət əlçatanlığının artırılması ilə yanaşı, ölkədə ümumi iqtisadi aktivliyin dəstəklənməsi və sosial məsuliyyət təşəbbüslərinin həyata keçirilməsi istiqamətində layihələr həyata keçirmişdir.

Bank gələcək dövrdə də fəaliyyətində şəffaflıq və məsuliyyət prinsiplərini əsas tutaraq dayanıqlı fəaliyyət ilə ölkə iqtisadiyyatına töhfənin artırılmasını prioritet kimi müəyyən etmişdir.

Seçilən
8
unikal.az

1Mənbələr