ain.az, Olke.az portalına istinadən məlumat yayır.
ABŞ prezidenti Donald Tramp maraqlı bir görüntü paylaşıb.
Ölkə.az xəbər verir ki, bu barədə özünün "Truth Social" hesabında paylaşım edib.
O, paylaşımında özünü şəfa verən kimi təsvir edib.
Şəkildə Tramp yataqda uzanan xəstənin alnına əlini qoyur. Onun toxunuşu ilə kişinin başı ətrafında işıq əmələ gəlir. Digər əlində isə işıq kürəsi tutur.
Kadrlarda həmçinin ABŞ hərbçisi, tibb bacısı, Trampın məşhur kepkasını taxmış tərəfdarı və dua edən qadın da yer alır. Arxa fonda isə Amerika simvolları - bayraq, Azadlıq Heykəli və qartal təsvir olunub. Səma isə hərbi təyyarələrlə doludur.

Həmidə İbrahimova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.