AZ

Ağdərədə partlayışlar olacaq - XƏBƏRDARLIQ

Yazını böyüt
Yazını kiçilt

Aprelin 13-17-də istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Bu barədə Hafta.az-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, - deyə məlumatda bildirilir.

Seçilən
17
49
hafta.az

10Mənbələr