Misli Premyer Liqasında mövsümün 4-cü het-triki qeydə alınıb. Rauf Rüstəmli XXVII turun “Karvan-Yevlax” – “Kəpəz” qarşılaşmasında (4:1) qonaqların qapısına 3 qol vurub.
Apasport.az xəbər verir ki, mövsümün əvvəlki 27 turunda 3 belə hadisə yaşanıb.
“Qarabağ”ın futbolçuları Toral Bayramov V turda “Araz-Naxçıvan”ın (5:0), Kamilo Duran XXVII turda “Karvan-Yevlax”ın (7:0), “Qəbələ”nin legioneri Domi Massumo XVIII turda “İmişli”nin (3:2) qapısına üç dəfə yol tapıb.
Rauf Toraldan sonra cari mövsümdə het-trik edən ikinci azərbaycanlı olub. Bununla da son 16 ildə ilk dəfə birdən çox yerli statusa malik futbolçu het-trik edib.
Sonuncu dəfə 2009/10 mövsümündə belə hadisə yaşanıb. Həmin çempionatda 3 yerli oyunçu - Samir Musayev, Nadir Nəbiyev və Fərid Quliyev het-trikə imza atıb.
Sonrakı illərdə bir yerli futbolçunun iki het-trikinə təsadüf olunub. Amma iki oyunçunun belə uğur qazanması yaşanmayıb.
Qeyd edək ki, Rauf həm də “Karvan-Yevlax”ın Premyer Liqa tarixində ilk het-trik müəllifidir. Həmin matçdakı nəticə isə Yevlax təmsilçisinin yüksək dəstədə ilk böyükhesablı qalibiyyəti və ilk ev qələbəsi kimi də də tarixə düşüb.
Kaxaber Tsxadadze: “Əsas məqsədimiz Premyer Liqada qalmaqdır”
I Liqa: Mərkəzi görüşün hakimləri bəlli oldu
“Sabah”dan inamlı qələbə
Jorj Kaşkilya: “Əsas olan yerimizi qorumaqdır”
“İmişli” Qəbələdən 3 xalla qayıdır - YENİLƏNİB