AZ

Monreal klubu Marko Donadeli vəzifəsindən kənarlaşdırıb

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

MLS komandası "Monreal"ın baş məşqçisi Marko Donadel vəzifəsindən azad edilib.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 42 yaşlı italiyalı mütəxəssisin köməkçiləri Yakopo Falanqa və Lorenzo Pintsauti də işdən çıxarılıblar.

Filipp Ellafrua isə müvəqqəti olaraq baş məşqçi təyin edilib.

M.Donadel 2025-ci il martın 24-də bu postda Loran Kurtuanı əvəzləmişdi. Onun rəhbərliyi altında komanda 7 qələbə qazanıb, 20 dəfə məğlub olub, 9 heç-heçə edib.

Qeyd edək ki, "Monreal" MLS-də Şərq Konfransının turnir cədvəlində sonuncu - 15-ci yerdədir. Komandanın 7 matçdan sonra cəmi 3 xalı var.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
2
cebheinfo.az

3Mənbələr