AZ

Voleybolda Qərb derbisində kim güləcək?

sport24.az saytına istinadən ain.az xəbər verir.

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçiriləcək. Sport24.az xəbər verir ki, "Turan" Tovuzda "Gəncə"ni qonaq edir. 

Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək görüş saat 18:00-da başlayacaq.

Xatırladaq ki, ilk oyun "Turan"nın 3:0 hesablı qələbəsi ilə başa çatıb. 

Cütün qalibi finalda "DH Volley"lə üz-üzə gələcək. Məğlub tərəf isə üçüncü yer uğrunda görüşdə "Milli Aviasiya Akademiyası" ilə qarşılaşacaq.

Qeyd edək ki, reqlamentə əsasən, yarımfinal mərhələsi ev və səfər prinsipi ilə iki oyundan ibarətdir. Nəticəyə əsasən komandaların qələbə sayı bərabər olarsa, qalibi müəyyənləşdirmək üçün "qızıl set" oynanılmalıdır.

Bürünc və qızıl medal uğrunda həlledici qarşılaşmalar isə cəmi bir oyundan ibarət olacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
sport24.az

1Mənbələr