AZ

Restoranda baş verən partlayışda ölənlər var

Yazını böyüt
Yazını kiçilt

Cənubi Koreyanın Çonqcu şəhərindəki restoranda qaz sızması nəticəsində baş verən partlayış nəticəsində 15 nəfər xəsarət alıb.

Hafta.az Cənubi Koreya mediasına istinadla xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 4 radələrində üçmərtəbəli kommersiya binasının birinci mərtəbəsində baş verib.

Partlayış nəticəsində yaxınlıqdakı evlərin 8 sakini şüşə qırıntılarının yaratdığı kəsiklərlə xəstəxanalara yerləşdirilib, 7 nəfər yüngül xəsarət alıb.

Partlayış yaxınlıqdakı avtomobillərə də ziyan vurub, sakinlər təxliyə edilib.

Səlahiyyətli qurumlar hadisənin səbəblərini və zərərin miqyasını araşdırır.

Seçilən
3
2
hafta.az

3Mənbələr