AZ

Qayınana kürəkəninin dəfnində vəfat etdi

İki gün öncə Ağdamın Eyvazxanlı kəndində tikinti zamanı üzləşdiyi bədbəxt hadisə nəticəsində həyatını itirən 36 yaşlı İlkin Babayevin dəfnində onun qayınanası vəfat edib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Tərtərin Evoğlu kəndində keçirilən mərasim zamanı İlkinin həyat yoldaşının anası 1971-ci il təvəllüdlü Nüşabə Soltan qızı Cəfərovanın halı pisləşib.

Ağır sarsıntı keçirən qadın orada dünyasını dəyişib.

Seçilən
0
18
manset.az

10Mənbələr