AZ

Avstraliyada ordu komandanı təyin edilən ilk qadın

Bakı, 13 aprel, AZƏRTAC

İyul ayından etibarən Avstraliya ordusunun ilk qadın Baş Qərargah rəisi olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Entoni Albanese açıqlama verib.

Hökumətin açıqlamasına görə, 55 yaşlı general-leytenant Syüzan Koyl iyul ayında ordu komandanı olacaq. O, bu vəzifədə general-leytenant Saymon Stüartı əvəz edəcək.

“Reuters” agentliyinin məlumatına görə, Syüzan Koylun təyinatı Avstraliya Müdafiə Qüvvələrinin sıralarında qadın zabitlərin sayını artırmaq səyləri fonunda baş verib. Silahlı Qüvvələr sistematik cinsi təcavüz və ayrı-seçkilik iddiaları dalğası ilə üzləşir.

Müdafiə naziri Riçard Marles Koylun təyinatını “dərin tarixi bir an” adlandırıb: “Syüzanın nailiyyəti bu gün Avstraliya Müdafiə Qüvvələrində xidmət edən və gələcəkdə xidmət etməyi düşünən qadınlar üçün böyük əhəmiyyət kəsb edəcək”.

Hazırda qadınlar Avstraliya Müdafiə Qüvvələri (ADF) şəxsi heyətinin təxminən 21 faizini təşkil edir və rəhbər vəzifələrin 18,5 faizini tuturlar. ADF 2030-cu ilə qədər ümumi qoşun qüvvələrində qadınların 25 faizlik təmsilçiliyinə nail olmağı hədəfləyir.

Seçilən
2
4
azertag.az

5Mənbələr