AZ

İranda edamların sayı rekord həddə çatdı 1989 cu ildən bəri ən yüksək göstərici

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

İranda 2025-ci ildə edamların sayı son onilliklərin ən yüksək səviyyəsinə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Norveçdə yerləşən İran İnsan Haqları və Parisdə yerləşən Birlikdə Ölüm Cəzasına Qarşı Təşkilatların birgə illik hesabatında bildirilib.

Hesabata görə, ötən il ölkədə ən azı 1639 nəfər edam edilib ki, bu da 1989-cu ildən bəri qeydə alınan ən yüksək illik göstəricidir.

Qeyd olunub ki, bu rəqəm 2024-cü ildə qeydə alınan 975 edamla müqayisədə 68 faiz artım deməkdir.

Məlumata əsasən, edam edilənlər arasında 48 qadın da olub.

Hüquq müdafiəçiləri bildiriblər ki, artım ölüm hökmünün daha geniş şəkildə qorxutma və repressiya vasitəsi kimi istifadə edildiyini göstərir.

Hesabat müəllifləri hesab edir ki, Tehran mövcud böhrandan çıxacağı təqdirdə, edam cəzasından daha geniş şəkildə istifadə edə bilər.

Onların fikrincə, yanvar ayında baş verən etirazlar, eləcə də İsrail və ABŞ ilə müharibə fonunda ölüm hökmünün tətbiqi daha da genişlənə bilər.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
redaktor.az

2Mənbələr