AZ

Nərimanın komandası xal itirdi

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin də formasını geyindiyi “Kolambus Kryu” MLS-in Şərq Konfransında 7-ci tur oyununa çıxıb.

"Unikal" xəbər verir ki, komanda “Orlanda Siti”ni qəbul edib. Görüş 1:1 hesabı ilə nəticələnib.

Hesabı 15-ci dəqiqədə “Orlanda Siti”nin futbolçusu Marko Pasaliç açıb. 80-ci dəqiqədə isə Dieqo Rossi cavab qolunu vurub.

Nəriman matçın iştirak ərizəsində yer alsa da, meydana daxil olmayıb.

Hazırda "Kolumbus Kryu" Şərq Konfransında 6 xalla 11-ci, “Orlanda Siti” isə 4 xalla 13-cüdür.

Seçilən
0
7
unikal.az

10Mənbələr