2024-cü ilin İş Planına uyğun olaraq üzrə nəzarət tədbirləri ilə hesabat dövründə 15,4 mln. manat bərpa edilmiş, 2024-cü ildən əvvəlki illərin iş planları üzrə daha 6,7 min manatın 2 qurum tərəfindən müvafiq büdcələrə bərpası təmin olunub.
Ölkə.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Hesabatda qeyd olunub ki, digər tədbirlər, o cümlədən debitor və kreditor borcların bağlanması, müqavilə məbləğinin azaldılması və yerinə yetirilmiş işlərin ekspertizadan keçirilməsi üzrə isə planlaşdırılan 48,1 milyon manata qarşı cəmi 8,5 milyon manatlıq icra təmin edilib.
2025-ci ilin İş Planına əsasən dövlət vəsaitlərinin bərpası istiqamətində nəzərdə tutulan 101,5 milyon manata qarşı 93,9 milyon manat icra olunub.
Mürtəza