AZ

Bolqarıstanda pilotsuz uçuş aparatı zərərsizləşdirilib

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 13 aprel, AZƏRTAC

Bolqarıstan Hərbi Dəniz Qüvvələri Sinemorets yaxınlığında aşkar edilmiş üzən pilotsuz uçuş aparatını məhv edib.

AZƏRTAC Bolqarıstanın BTA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Bolqarıstan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qurğu çimərlik ərazisində aşkarlanıb və ilkin baxış zamanı onun üzərində mərmilərin olduğu müəyyən edilib.

Partlayıcıların bir hissəsi təhlükəsiz şəkildə çıxarılaraq Burqasdakı hərbi dəniz bazasına daşınıb, çıxarıla bilməyən hissələr isə təhlükə səbəbindən yerində zərərsizləşdirilib. Əməliyyat regional qurumların müraciəti və ölkənin müdafiə rəhbərliyinin təsdiqi ilə həyata keçirilib, proses zamanı bütün təhlükəsizlik qaydalarına ciddi riayət olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
2
azertag.az

3Mənbələr