AZ

COVID-19-un ağciyər xərçəngi riskinə mümkün təsiri araşdırılıb

Yeni İsrail-ABŞ tədqiqatı COVID-19-un ağciyərlərdə uzunmüddətli dəyişikliklər yaradaraq xərçəngə həssaslığı artıra biləcəyini göstərir.

AZƏRTAC İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Qüds İbrani Universiteti açıqlama yayıb. Bildirilib ki, virusun sünbül zülalı ağciyər toxumasında iltihab, çapıqlaşma və immun dəyişikliklərinə səbəb olan zəncirvari prosesləri işə sala bilər.

Qeyd edilir ki, 166 mindən çox xəstənin məlumatlarının təhlili koronavirusdan sağalan şəxslərdə ağciyər xərçəngi riskinin statistik baxımdan əhəmiyyətli dərəcədə – təxminən 22 faiz artdığını göstərib. Bu artım xüsusilə siqaret çəkənlər arasında daha çox müşahidə olunub.

Tədqiqatçılar vurğulayıblar ki, ümumi risk aşağı olaraq qalır və COVID-19-un birbaşa xərçəngə səbəb olduğu sübut olunmayıb. Bununla belə, əldə olunan nəticələr infeksiyadan sonra ağciyər sağlamlığının uzunmüddətli izlənməsinin vacibliyini göstərir.

Seçilən
1
1
azerbaijan-news.az

2Mənbələr