Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Kibertəhlükəsizlik sahəsində bazar sürətlə dəyişir və inkişaf edir. Yeni texnologiyalar meydana çıxır və bu alətlər kiberhücum edənlər tərəfindən də aktiv şəkildə istifadə olunur". Bizim.Media xəbər verir ki, bu barədə "Kiberinsidentlərə müdaxilə" mövzusunda keçirilən tədbirdə TechPro DC-nin kommersiya direktoru Mircəlal Bağırov bildirib. O qeyd edib ki, təhdidlər daha sürətli, güclü və daha mürəkkəb xarakter alır:
“Məhz buna görə də bu gün təqdim olunan texnologiyalar və yeni yanaşmalar yalnız mövcud problemlərə cavab verməklə kifayətlənməməlidir. Biz eyni zamanda uzunmüddətli strategiya qurmalı, bu texnologiyaları bazara düzgün inteqrasiya etməli və güclü bir ekosistem formalaşdırmalıyıq.
Çünki təhdidlər gözləmir və bazar da daim hərəkətdədir. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən təşkilatların daha sıx əməkdaşlığı vacibdir. Eyni zamanda innovasiya yönümlü təşəbbüslərin və platformaların yaradılması da xüsusi əhəmiyyət daşıyır".Şəfiqə Şəfa, Vüqar Ağayev, Bizim Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.