Gəncədə 6 il əvvəl itkin düşmüş şəxsin cəsədinin qalıqları tapılıb
Gəncədə 6 il əvvəl qətlə yetirildiyi ehtimal olunan 70 yaşlı kişinin meyitinin qalıqları tapılıb.1news.az-ın "Report"a istinadən məlumatına görə, 1956-cı il təvəllüdlü Əli Mahmudov 2020-ci ildən axtarışda olub. Evin həyətində tapılan qalıqların ona aid olduğu ehtimal edilir.
Gəncə Şəhər Prokurorluğu və polis əməkdaşları hadisə yerində araşdırma aparır.