AZ

Aydın Süleymanlı Avropa çempionatında ilk “10 luq”da

Idman.biz saytına istinadən ain.az xəbər verir.

Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı Polşanın Katovitse şəhərində keçirilən şahmat üzrə şəxsi Avropa çempionatında ilk onluqda qərarlaşıb.

İdman.Biz xəbər verir ki, beş turdan sonra Süleymanlı 4,5 xal toplayaraq 7-50-ci yerləri bölüşür. Əlavə göstəricilərə görə isə o, səkkizinci pillədə qərarlaşıb.

Startda üç qələbə qazanan şahmatçı son iki partiyada qalib gələ bilməyib. O, İşık Can (Türkiyə) və Cerceli Kantor (Macarıstan) ilə heç-heçə edib. Süleymanlı altıncı turda Samir Sahidi (Slovakiya) ilə üz-üzə gələcək.

Eyni zamanda Nicat Abbasov və Riad Səmədov da hərəyə 4 xal toplayıblar və əlavə göstəricilərə əsasən müvafiq olaraq 21-ci və 29-cu yerlərdədirlər. Qeyd edək ki, Süleymanlı və Abasov bu turnirdə məğlubiyyət yaşamayan yeganə Azərbaycan şahmatçılarıdır.

Digər təmsilçilərdən Məhəmməd Muradlı (68-ci yer), Şahin Vəliyev (83-cü yer) və Vüqar Manafov (97-ci yer) 3,5 xal toplayıblar.

Beş turdan sonra liderlər qrupunda İspaniya, Ermənistan, İtaliya, Türkiyə, Fransa və İslandiyanı təmsil edən şahmatçılar yer alıblar. Onlar 4,5 xalla 1-6-cı pillələri bölüşürlər.

Xatırladaq ki, Avropa çempionatında ümumilikdə 11 tur keçiriləcək və ilk 20 yeri tutan şahmatçılar 2027-ci ildə baş tutacaq Dünya Kubokuna vəsiqə qazanacaqlar.

Teymur Tuşiyev

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
icma.az

1Mənbələr