İsrail Müdafiə Qüvvələri İranla münaqişənin yenidən alovlanması ehtimalına hazırlaşır.
Bu barədə “The Times of İsrael’ məlumat yayıb.
Yayılan xəbərdə qeyd olunur ki, ordu mümkün eskalasiyaya hazır vəziyyətə gətirilib. Bu hazırlıqların fonunda əsas səbəb kimi ABŞ ilə İran arasında aparılan atəşkəs danışıqlarının nəticəsiz qalması göstərilir.
Məlumata görə, ABŞ və İran nümayəndələri arasında keçirilən görüşlər Pakistan ərazisində baş tutub. Lakin bu danışıqlar Yaxın Şərqdəki münaqişənin tam şəkildə tənzimlənməsi ilə bağlı razılaşma ilə yekunlaşmayıb. Bu isə regionda gərginliyin yenidən artması ehtimalını gücləndirir./KONKRET.az