AZ

Tahir Kərimli: “Cəza verərkən hesablayırdıq ki, məhkuma neçə ay, neçə gün cəza verilsin…”

Elm və təhsil naziri Emin Əmrullayev səsləndirdiyi fikirlərə görə tənqid edilib. Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda çıxış edən nazir “Hüquqşünas olmaq üçün niyə tarixi bilmək riyaziyyatdan önəmlidir?” sualı ilə gündəmə gəlib. Nazirin çıxışı birmənalı qarşılanmayıb.

 

Ali Məhkəmənin sabiq sədri, keçmiş deputat Tahir Kərimli Pravda.az-a açıqlamasında isə deyib ki, bütün fundamental elmlər heç olmasa ibtidai siniflərdə, orta və ali məktəblərdə öyrənilməlidir.

 

T.Kərimli vurğulayıb ki, riyaziyyat bütün elmlərin şahıdır: “Təsəvvür edin, hüquq fakültəsində riyazi məntiq keçirlər. Riyazi məntiqi riyaziyyatı bilmədən keçmək necə mümkün ola bilər? Deməli, insanların məntiqi düşüncəsində riyaziyyat nə qədər rol oynayır. Bildiyim qədərilə, Karl Marks 12 il riyaziyyatı öyrənməyə vaxt sərf etmişdi ki, fundamental fəlsəfi, siyasi, iqtisadi elmini təmin etsin. Yeri gəlmişkən, Marks da hüquqşünas olub. Hakim vəzifəsində çalışmış biri kimi deyim, biz cəza verərkən hesablayırdıq ki, məhkuma neçə ay, neçə gün cəza verilsin, uşaqlarının sayı, ictimai fəallığı, təhlükəlilik dərəcəsi... Yəni riyaziyyat həmişə lazım olub. Sovet təhsil sistemi universal təhsil sistemi idi, hər şeyi öyrədirdi. İnsanlar orta məktəbdən magistratura səviyyəsinədək riyaziyyatı da, riyazi məntiqi də bilməlidirlər. Bu, bütün sahələrdə gərəklidir”.

 

Aytəkin Qardaşova

Tarix: 13 Aprel 2026, 11:29   
Seçilən
2
pravda.az

1Mənbələr