İsrail Müdafiə Ordusu (IDF) Livanın cənubunda "Hizbullah"ın yeraltı infrastrukturunu məhv edib.
"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, əməliyyat "Yahalom" bölməsinin döyüşçüləri tərəfindən 7-ci briqadanın 13-cü batalyonunun qüvvələri ilə birgə həyata keçirilib. Livanın cənubunda aparılan əməliyyat zamanı hərbçilər İsrail qüvvələrinə qarşı hücumların hazırlanması üçün istifadə edildiyi iddia olunan yeraltı obyektləri aşkarlayaraq məhv ediblər.
Qeyd olunur ki, infrastruktur məhv edilməzdən əvvəl onun daxilində axtarışlar aparılıb.