Quba rayonunda bıçaqlanma hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə aprelin 12-də Timiryazev qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini, əvvəllər məhkum olunmuş 37 yaşlı Şaval Ağayev münaqişə zəminində qardaşı, əvvəllər məhkum olunmuş 38 yaşlı Təhməz Ağayevə bıçaqla döş qəfəsindən xəsarət yetirib.

Əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info