AZ

Avropa liderləri Madyarı təbrik ediblər

ain.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Macarıstan Avropa yoluna qayıdır və Avropa İttifaqı daha da güclənir. Bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib. 

Məlumatı “Euronews” verib. 

Onun sözlərinə görə, “Macarıstan Avropanı seçib”, çünki “Avropa həmişə Macarıstanı seçib”.

Avropa Şurasının prezidenti António Kosta isə qeyd edib ki, “rekord sayda seçici iştirakı macar xalqının demokratik ruhunu əks etdirir. Avropanı daha güclü və daha çiçəklənən etmək üçün Peter Magyar ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm”.

Avropa Parlamentinin prezidenti Roberta Metsola da Peter Magyarı qələbəsi münasibətilə təbrik edib: “Macarıstanın yeri Avropanın ürəyindədir”.

Böyük Britaniyanın Baş naziri Keir Starmer Peter və Fransa Prezidenti Emmanuel Makron da Madyarı seçkilərdə qələbə qazanması münasibətilə təbrik ediblər.

P.ƏMİRCANOVXQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
xalqqazeti.az

2Mənbələr