AZ

ABB Invest vasitəsilə PAŞA Bank səhmlərinin sahibi olun!

Marja.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

(®) "ABB Invest "anderrayter qismində investorlara "PAŞA Bank" səhmlərinin abunə yazılışında tam rəqəmsal və əlçatan iştirak imkanı yaradır.

Bu gündən etibarən PAŞA Bank IPO (ilkin kütləvi təklif) çərçivəsində səhmlərini geniş investor kütləsinə təqdim edir. Abunə yazılışı 12 may 2026, saat 24:00-a qədər davam edəcək.

Əsas şərtlər:

Abunə yazılışı: 13 aprel – 12 may 2026, saat 24:00

İlkin səhmlərin qiyməti: 55 AZN

Təklif olunan həcm: 932 926 səhm

Minimal alış: 1 səhm

Xüsusi üstünlük: Abunə yazılışı zamanı sifariş məbləğinin hesabda qaldığı müddət ərzində illik 5% faiz gəliri əldə etmək imkanı

Bu şərtlər sayəsində investisiya dünyasına daxil olmaq üçün böyük məbləğ tələb olunmur və hər bir vətəndaş ölkənin ən böyük maliyyə qurumlarından birinin mənfəətində pay sahibi olmaq imkanı qazanır.

ABB Invest ilə abunə yazılışında iştirak tam rəqəmsaldır – sənədləşmə növbəsi yoxdur, platforma isə şəffaf və təhlükəsizdir. Sifarişlərinizi bir neçə saniyə ərzində yerləşdirə bilərsiniz.

İştirak etmək üçün ABB mobile tətbiqinə daxil olun, “İnvestisiya” bölməsindən abunə yazılışını tamamlayın və PAŞA Bank səhmlərinin sahibinə çevrilmək şansını əldə edin.

Sifariş yerləşdirmək üçün link: https://app.abb-bank.az/local_ipo_tab

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
2
marja.az

3Mənbələr