AZ

ABŞ Sakit okeanda 2 gəmiyə hücum etdi - Ölənlər var

ABŞ ordusu Şərqi Sakit okeanda narkotik daşıdığı iddia edilən iki qayığı hədəfə alıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hücumlar nəticəsində azı 5 narko-terrorçunun öldürüldüyü bildirilir.

ABŞ ordusu Karib dənizi və Şərqi Sakit okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olduğu ehtimal edilən dəniz vasitələrinə qarşı əməliyyatlarını davam etdirir. ABŞ-nin Cənub Komandanlığının (SOUTHCOM) yaydığı açıqlamada qeyd olunub ki, “Cənub Mizrağı” əməliyyatını həyata keçirən birgə xüsusi tapşırıq qrupu SOUTHCOM-un komandanı, ordu generalı Frensis L. Donovanın göstərişi ilə Şərqi Sakit okeanda narkotik daşıdığı müəyyən edilən iki qayığa zərbə endirib.

Məhv edilən qayıqların terror təşkilatı kimi tanınan qurumlara məxsus olduğu vurğulanıb. Açıqlamada bildirilib ki, əldə olunan kəşfiyyat məlumatları həmin dəniz vasitələrinin Şərqi Sakit okeanda məlum narkotik qaçaqmalçılığı marşrutları üzrə hərəkət etdiyini və qanunsuz fəaliyyətlə məşğul olduğunu təsdiqləyib.

Hücumların nəticələrinə dair məlumatda deyilir: “Birinci zərbə zamanı 2 kişi narko-terrorçu öldürülüb, 1 nəfər isə sağ qalıb. İkinci zərbə zamanı 3 kişi narko-terrorçu zərərsizləşdirilib. SOUTHCOM sağ qalan şəxsin tapılması üçün axtarış-xilasetmə tədbirlərinə başlayıb. Əməliyyat zamanı ABŞ hərbçilərindən heç biri xəsarət almayıb”.

Seçilən
3
manset.az

1Mənbələr