AZ

Çoxuşaqlı ailələrlə bağlı ŞAD XƏBƏR: Avtomobil verilə bilər

Azərbaycanda sosial müdafiə siyasəti çərçivəsində həssas qrupların rifahının yaxşılaşdırılması istiqamətində müxtəlif proqramlar həyata keçirilir. Bu proqramlardan biri də əlilliyi olan şəxslərə dövlət tərəfindən pulsuz avtomobillərin təqdim olunmasıdır. Son dövrlər isə sosial dəstəyin əhatə dairəsinin genişləndirilməsi, o cümlədən çoxuşaqlı ailələrin də bu kimi təşəbbüslərə daxil edilməsi məsələsi yenidən müzakirə mövzusuna çevrilib.

Bəs sosial dəstək mexanizmləri maddi yardım formasında davam etdirilməlidir, yoxsa vətəndaşlara seçim imkanı verən alternativ modellərə keçid daha məqsədəuyğundur?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, sosial dəstək siyasəti birdəfəlik hədiyyələr üzərində deyil, davamlı təminat prinsipi əsasında qurulmalıdır.

“Əlilliyi olan şəxslərə avtomobil və ya digər maddi vasitələrin verilməsi əvəzinə, onların həyat şəraitinin elə səviyyəyə çatdırılması daha məqsədəuyğundur ki, ehtiyaclarını özləri qarşılaya bilsinlər. Bu, insanların seçim imkanlarını genişləndirir. Kimisi həmin vəsaitlə avtomobil ala bilər, kimisi başqa ehtiyacını ödəyər, bəziləri isə ümumiyyətlə fərqli istiqamət seçər.

Vətəndaşa birbaşa qərarvermə imkanı verən, şəffaf və davamlı maliyyə dəstəyi modeli daha effektiv hesab olunur”.

İ.Ağazadə əlavə edib ki, sosial təminat sahəsində sovet dövründən qalma yanaşmalardan imtina edilməli, müasir və çevik mexanizmlərə üstünlük verilməlidir.//konkret.az

Seçilən
0
2
nocomment.az

3Mənbələr