AZ

“Tisza” partiyasının lideri Peter Madyar Rusiya ilə danışıqları istisna etməyib

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 13 aprel, AZƏRTAC

Macarıstanın yeni rəhbərliyi Rusiya ilə danışıqlar aparmalı olacaq, çünki ölkələrin coğrafi mövqeyi dəyişməyəcək və Budapeştin Rusiyanın enerji resurslarından asılılığı davam edəcək.

AZƏRTAC xəbər verir ki, Macarıstanda keçirilən seçkilərində qalib gələn “Tisza” partiyasının lideri Peter Madyar bu barədə “Nepszava” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, ölkə sakinləri hökumətin “Ukrayna yönümlü” deyil, “Macarıstan yönümlü” olmasını istəyirlər.

“Macar xalqının real problemlərini həll edən hökumətin formalaşması yaxşı olardı. Əlbəttə ki, bu baş verərsə, Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar masasına oturmalı olacağıq”, - deyə Peter Madyar bildirib.

Siyasətçi, eyni zamanda, lazım gələrsə, Rusiya ilə danışıqlar aparacaqlarını, lakin Moskva ilə dost olmayacaqlarını vurğulayıb.

Xatırladaq ki, Macarıstan Milli Seçki Bürosu aprelin 12-də keçirilən seçkilərdə müxalif “Tisza” partiyasının qalib gəldiyini və Milli Məclisdəki (birpalatalı parlament) 199 yerdən 138-ni qazandığını elan edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
2
azertag.az

3Mənbələr