AZ

Dolların məzənnəsi ilə bağlı nə baş verir? Mərkəzi Bankdan mühüm AÇIQLAMA

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə görə, ABŞ dolları bu gün 1 manat 70 qəpik təşkil edir. Bununla belə, bəzi mübadilə məntəqələrində (“exchange”) dolların daha ucuz satıldığı iddia olunur. Mütəxəssislərin fikrincə, bu halların əsas səbəbi əhali arasında dollara tələbatın azalması və insanların daha çox satışa üstünlük verməsidir.

Azərbaycanda dollarla bağlı nə baş verir? Sözügedən valyuta manata nisbətdə ucuzlaşıbmı?

Globalinfo.az məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankına sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, nağd ABŞ dollarının alış-satış qiymətləri bazar prinsiplərinə əsaslanaraq, banklar, “Azərpoçt” MMC və valyuta mübadilə məntəqələri tərəfindən müəyyən edilir:

“Son dövrlərdə əhali tərəfindən ABŞ dolları satışının alışdan çox olması nağd valyuta bazarında xalis valyuta təklifi yaradıb və bu bəzi mübadilə məntəqələrində daha aşağı satış məzənnələrinin formalaşmasına təsir göstərib. Bu baxımdan, ABŞ dollarının rəsmi məzənnədən aşağı qiymət ilə satışı bazar amillərinə əsaslanır. Ümumilikdə, valyuta bazarında sabitlik və müsbət dinamika davam edir”.

Zaira Akifqızı

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
globalinfo.az

1Mənbələr