AZ

Mikels "Sabah"da 70-ci qolunu vurdu

Coy Lens Mikels “Sabah”ın heyətində 70-ci qolunu vurub.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, almaniyalı hücumçunun yubiley topu Misli Premyer Liqasının XXVII turuna təsadüf edib. O, “Zirə” ilə ev görüşündə (2:2) fərqlənib. Mikels bu göstərici ilə “Sabah” tarixinin ən yaxşı bombardiridir. O, 70-ci qolunu 133-cü oyununda vurub. Forvardın orta məhsuldarlığı 0,53-ə bərabərdir. Coy Lens bu qollardan 56-nı Premyer Liqada vurub.

O, Azərbaycan kubokunda 6, Konfrans Liqasında 5, Avropa Liqasında 3 dəfə fərqlənib. Qeyd edək ki, Mikels “Sabah”da ilk qolunu 2021-ci il sentyabrın 26-da “Neftçi” ilə çempionatdakı ev oyununda (1:2) vurub.

saytlarin hazirlanmasi

Seçilən
0
13
sportal.az

10Mənbələr