AZ

Azərbaycanda bu il emal olunan neftin həcmi açıqlanıb

Azərbaycanda

Bu ilin birinci rübündə Azərbaycanda 1,4 mln. ton neft emal edilib, bu da ötən ilin müvafiq dövrünün göstəricisinə bərabərdir.

Bu barədə "APA-Economics" Energetika Nazirliyinə istinadən xəbər verir.

Xatırladaq ki, ötən il Azərbaycanda 6,2 mln. ton neft emal edilib. Bu da illik müqayisədə 6,9% artım deməkdir.

Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod (NEZ) respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Seçilən
0
3
xalqcebhesi.az

4Mənbələr