AZ

Palata sədri: Əvvəlki illərlə müqayisədə büdcə qanunvericiliyi üzrə pozuntuların payında artım müşahidə edilib

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı,13 aprel, AZƏRTAC

Hesabat dövründə Hesablama Palatası tərəfindən 5 analitik fəaliyyət və səmərəlilik, maliyyə, uyğunluq auditi şəklində olmaqla 43 audit keçirilib. Altı auditdə informasiya sistemlərinin auditinin bəzi elementlərindən istifadə olunub.

AZƏRTAC xəbər verir ki, bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 13-də keçirilən iclasında çıxışı zamanı deyib.

V.Gülməmmədov bildirib ki, 2025-ci ilin İş Planı üzrə keçirilmiş audit və analitik fəaliyyətlərlə 700-ə yaxın tabelikdə olan qurum və müəssisələr, layihələr əhatə edilib. “Audit və analitik fəaliyyətlərin nəticələri göstərir ki, say ifadəsində büdcə qanunvericiliyi və dövlət satınalmaları üzrə aşkar edilmiş nöqsanların payı çox olub, müvafiq olaraq 51,6 faiz və 24,1 faiz təşkil edib. Əvvəlki illərlə müqayisədə büdcə qanunvericiliyi üzrə pozuntuların payında artım, satınalmalar sahəsində isə pozuntu sayında artmama (sabitlik) müşahidə edirik. Qeyd edim ki, satınalmalar sahəsində yeni Qanunun qüvvəyə minməsi və cari nəzarətin gücləndirilməsi də buna öz töhfəsini verib”, - deyə o əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
5
azertag.az

6Mənbələr