AZ

Azərbaycanda sürücü dalniy işıqları yandırdığına görə döyüldü

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Şəmkir rayonunda 46 yaşlı kişi həmkəndlisinə xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Yuxarı Seyfəli kəndində baş verib. Həmin kənddə yaşayan 1985-ci il təvəllüdlü Ayaz ilə yaşadığı kənd ərazisində həmkəndlisi Kənan arasında şəxsi münasibətlər zəmində mübahisə yaranıb. Bu zaman Kənanın idarə etdiyi avtomobilin uzaq işıqlarını yandırması səbəbindən tərəflər arasında mübahisə baş verib. Mübahisə zamanı o, yumruqla Kənanın göz nahiyəsinə qəsdən vurub, ona xəsarətlər yetirib. Ayazın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Ayaz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Şəmkir Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarı tətbiq edilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.Fariz Məlikli

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
demokrat.az

1Mənbələr