AZ

Diana Əhədpurun 12 yaşlı OĞLU: "4 evim var" - VİDEO

Birləşmiş Ərəb Əmirliyində fəaliyyət göstərən tanınmış bloger Ayman Yaman növbəti paylaşımı ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, bu dəfə o, iranlı iş adamı Manuçehr Əhədpur ilə ailə quran azərbaycanlı keçmiş model Diana Əhədpurun oğlu Muhammedlə maraqlı video hazırlayıb. 1,4 milyon izləyicisi olan "Instagram" səhifəsində yayımlanan kadrlarda bloger uşağa müxtəlif suallar ünvanlayıb.

Videoda Muhammed öz həyatı ilə bağlı diqqət çəkən açıqlamalar verib. O bildirib ki, 12 yaşı var və hazırda valideynlərinin imkanlarından istifadə edir. Anasının vaxtilə model kimi fəaliyyət göstərdiyini, hazırda isə daşınma şirkətinə sahib olduğunu deyən Muhammed, atasının mühəndis və iş adamı olduğunu, bir neçə binaya sahib olduğunu qeyd edib.

Bundan əlavə, o, atasının gələcəyi üçün ona həmin binalardan dörd mənzil hədiyyə etdiyini də vurğulayıb. Kadrlarda ailəyə məxsus avtomobillər nümayiş etdirilib.

Sosial şəbəkələrdə sürətlə yayılan video istifadəçilər arasında geniş müzakirələrə səbəb olub.

Seçilən
5
7
musavat.com

8Mənbələr