
Bu ilin yanvar-mart aylarında ölkədə 12,6 milyard kubmetr təbii qaz hasil edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Hasil edilən qazın 3,5 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 6,9 milyard kubmetri “Şahdəniz”in, 0,4 milyard kubmetri “Abşeron” yatağının, 1,8 milyard kubmetri isə SOCAR-ın payına düşüb.
Bu dövrdə xaricə qaz ixracı 6,5 milyard kubmetr təşkil edib. Bunun 3 milyard kubmetri Avropanın, 2,4 milyard kubmetri Türkiyənin (o cümlədən TANAP-la 1,5 milyard kubmetr), 0,8 milyard kubmetri Gürcüstanın, 0,3 milyard kubmetri isə Suriyayanın payına düşüb.