AZ

"InvestAz"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

"İnvetsAz" İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlikbazar araşdırmalarına görə aprelin ikinci həftəsində ABŞ-İranarasındakı atəşkəs fonunda dollar zəiflədi, neft geri çəkildi,riskli aktivlərdə canlanma yarandı. Geosiyasi gərginliyinyumşalması ABŞ dolları, qızıl, neft, səhmlər və valyutacütlüklərində istiqaməti müəyyən edən əsas amil oldu.

Həftə ərzində ABŞ-İran gərginliyi ilə bağlı atəşkəs xəbərləriqlobal risk iştahını artırdı. Bu fon dollar indeksinə təzyiqgöstərdi, neft qiymətlərində kəskin geri çəkilmə yaratdı, qızılınqazancının bir hissəsini sildi və ABŞ-la Avropa səhmlərində müsbətəhvalı gücləndirdi.

06–12 aprel 2026 həftəsində bazarların əsas mövzusu ABŞ-İrangərginliyi və ardınca gələn atəşkəs xəbərləri oldu. Həftə boyuncaiki həftəlik atəşkəsin əsasən qorunması risk iştahasını artırdı. Budəyişiklik investorların təhlükəsiz limanlara tələbatınızəiflədərək daha çox riskli aktivlərə yönəlməsinə səbəb oldu.Nəticədə, həftənin ümumi mənzərəsində geosiyasi gərginliyinyumşalması dollar və müdafiə xarakterli aktivlər üzərində təzyiq,səhmlər və riskə həssas alətlərdə isə dəstək yaratdı. Dollarindeksi zəiflədi, avro və funt sterlinq fərqli tempdə gücləndi.

Valyuta bazarında əsas diqqət ABŞ dollarının zəifləməsinəyönəldi. DXY 12.04.2026 tarixində 99.0137 səviyyəsinə yüksəlsə də,eyni məlumatda dolların son bir ayda 1.34%, son 12 ayda isə 0.88%dəyər itirdiyi göstərilir.

Ötən həftənin cümə günü avro dollar qarşısında güclənərək1.17400-ə yüksəldi və əvvəlki sessiyaya görə 0.20% artım göstərdi.Sterlinqdə isə həftə daha dalğalı keçdi: GBP/USD 08.04.2026-da1.34700-ə qalxaraq 0.82% artdı, lakin 12.04.2026-da 1.33800-əenərək 0.57% gerilədi. Sterlinqin hərəkəti enerji qiymətlərininenməsi və bunun “Bank of England” üzrə faiz artımı gözləntilərinizəiflətməsi ilə əlaqələndirildi.

İnvestAz-dan verilən məlumata görə əmtəə bazarında ən mühümdəyişiklik neftdə müşahidə olundu. ABŞ-İran atəşkəsi xəbərləri neftqiymətlərində kəskin düşüş yaratdı. Bu geri çəkilmə bazarlar üçüniki mühüm siqnal verdi: bir tərəfdən enerji təchizatı ilə bağlırisk mükafatını azaltdı, digər tərəfdən isə inflyasiya və mümkünəlavə faiz artımı ilə bağlı narahatlıqları yumşaltdı.

Qızıl bazarında isə təhlükəsiz liman tələbi tam qorunmadı. Həftəərzində qızıl əvvəlki yüksəlişinin böyük hissəsini sildi və bazardamüdafiə mövqelərinin qismən azalmasını əks etdirdi. Beləliklə,əmtəə bazarında geosiyasi gərginliyin yumşalması neft və qızıl üçüneyni istiqamətdə deyil, fərqli mexanizmlərlə qiymət düzəlişiyaratdı

ABŞ və Avropa birjalarında risk iştahası gücləndi\nSəhmbazarları geosiyasi fonun yumşalmasına müsbət reaksiya verdi. ABŞsəhmləri 10.04.2026 tarixində 5 həftəlik yüksək səviyyəyə yaxınticarət olundu. SP500 indeksi həmin gün 6817 bəndə enərək əvvəlkisessiya ilə müqayisədə 0.11% azalsa da, ümumi fon yenə də güclürisk iştahasına işarə edirdi. Avropada da oxşar mənzərə izlənildi.Almaniyanın DAX indeksi Yaxın Şərqdə atəşkəs xəbəri fonundayüksəldi, İtaliyanın FTSE MIB indeksi isə ABŞ-İran atəşkəsirazılaşmasının təsiri ilə sıçrayış göstərdi. Bu dinamika bazariştirakçılarının geosiyasi eskalasiya riskinin qısa müddətdəazalmasını səhmlər üçün müsbət faktor kimi qiymətləndirdiyinigöstərdi.

Kriptovalyutalar üçün fon riskli aktivlərə dəstək versə də, əsassiqnal dollar zəifliyindən gəldi. Kriptovalyuta bazarı üzrə buhəftə üçün konkret qiymət göstəricisi təqdim olunmasa da,formalaşan makro fon sektor üçün diqqətçəkən idi. Risk iştahasınınartması, dollar indeksinə təzyiq və təhlükəsiz liman aktivlərinətələbin nisbətən zəifləməsi adətən kriptovalyutalar kimi yüksəkriskli bazarlar üçün daha əlverişli mühit yaradır. Eyni həftədəAvstraliya dollarının 0.70700-dən yuxarı qalaraq üç həftəlikzirvədə ticarət etməsi və bunun qlobal risk sentimentininyaxşılaşması ilə izah olunması da valyuta bazarından gələn risk-onsiqnalını gücləndirdi. Bu mənada, kriptovalyuta bazarı üçün əsasnəticə birbaşa qiymət rəqəmindən çox, qlobal kapitalın riskliaktivlərə münasibətindəki müsbət dəyişiklik oldu.

İnvestAz şirkətinin rəsmi internet səhifəsində yer alan iqtisaditəqvimə görə, cari həftə ərzində İngiltərə Bankının sərdi EndryuBeylinin və Avropa Mərkəzi Bankının sədri Kristin Laqardınçıxışları gözlənilir. Bundan başqa, Avrozonada İstehlak Qiymətləriİndeksi, İngiltərədə Ümumdaxili Məhsulun Həcmi kimi önəmlistatistik göstəricilər dərc olunacaq.

Bu həftə ərzində həmçinin, Amerikada İşsizlik Müavinəti üçünMüraciətlərin Sayı, Filadelfiya FED-dən Biznes Aktivliyi İndeksigöstəriciləri açıqlanacaq.

Eləcə də diqqətlər Yaxın Şərqdə geosiyasi proseslərin inkişafdinamikasına yönələcək.

EUR

Ötən həftəyə 1.15180 səviyyəsində başlayan EURUSD məzənnəsihəftə ərzində 1.17390 hədlərinə kimi bahalaşdı və həftəni 1.17260səviyyəsində tamamladı. Lakin, məzənnə Yaxın Şərqdə davam edənhərbi əməliyyatlar fonunda dolların güvənli liman missiyasını davametdirəcəyi ehtimallarının təsirilə yeni kəskin enişlə - 1.16700 -səviyyəsində başladı. Əgər “ayılar” qiyməti 1.16000 həddinin altınasala və burada saxlaya bilsələr, eniş tendensiyası davam edəbilər.

GBP

Keçən həftəyə 1.31870 həddində başlayıb, 1.34830 hədlərinə kimibahalaşan GBPUSD məzənnəsi həftəni 1.34600 səviyyəsindətamamladı.

Lakin, yeni həftəyə 1.33890 həddində başlayan GBPUSD cütlüyündə“ayılar” qiyməti 1.33000 həddinin altına sala və burada saxlayabilsələr, eniş tendensiyası daha da dərinləşə bilər.

XAUUSD

Ötən həftə 4654$-dan 4856$-a kimi bahalaşan qızıl ötən həftəni4749$-da başa vurdu. ABŞ - İran münasibətləri “cash” dollara tələbiartırdığı üçün qızıl yeni həftəyə 4640$-da başladı. Hazırda4724$-dan təklif edilən qızılın qiyməti 4500$ həddinin altına düşsəvə bu həddin altında qalsa, eniş tendensiyası dərinləşə bilər.

Seçilən
1
5
az.trend.az

6Mənbələr