AZ

Orbanın dövründə təsdiqlənmişdi: Bakının qərarı var Magyar nə edəcək?

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Macarıstanda keçirilən parlament seçkilərində Tisa Partiyası böyük üstünlüklə qalib gəldi. Yeni hökumətə rəhbərlik edən Peter Magyar Avropa yönümlü siyasi kurs vəd edir. Analitiklərin fikrincə, bu dəyişiklik Macarıstanın regional siyasətinə təsir göstərə bilər.

Keçmiş baş nazir Viktor Orbanın dövründə Macarıstan Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi statusu ilə çıxış edərək Azərbaycan və ümumilikdə Türk dünyası ilə əməkdaşlığı genişləndirmişdi. Yeni hökumətin bu istiqamətdə siyasətinin davam edib-etməyəcəyi isə hələlik sual altındadır.

Macarıstan TDT-də müşahidəçi üzv statusunu qoruyacaqmı? Bakının yeni Budapeşt hökuməti ilə münasibətləri necə davam edəcək?

Globalinfo.az-a danışan deputat Səməd Seyidov bildirib ki, Azərbaycanın bütün ölkələrlə münasibətləri strateji maraqların təmin edilməsi fəlsəfəsinə əsaslanır:

“Bizim Macarıstanla çox yüksək səviyyədə əlaqələrimiz var. Bu əlaqələr dərin köklərə malikdir və hər iki ölkə üçün faydalı, əhəmiyyətli strateji xarakter daşıyır.

Azərbaycan xarici siyasətini həyata keçirərkən heç vaxt ölkələrin daxili işlərinə qarışmır. Biz işlərimizi uzunmüddətli, köklü, əsaslı və perspektivli şəkildə qururuq. Bu mənada Macarıstanla münasibətlərimiz olduqca dərin və stratejidir.

Səməd Seyidov

Biz dostlarımızla dostluğa davam edəcəyik. Millətlərimizin və xalqlarımızın maraqları ortaqdır. Hesab edirəm ki, əlaqələrimiz bundan sonra da inkişaf edəcək.

O ki qaldı Macarıstanın Türk Dövlətləri Təşkilatındakı fəaliyyətinə, bu, onların öz seçimidir”.

Turan Rzayev

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
globalinfo.az

1Mənbələr