Aprelin 6-dan 12-dək işğaldan azad olunmuş ərazilərdə 47 tank əleyhinə mina, 144 piyada əleyhinə mina, 1 661 partlamamış hərbi sursat (PHS) aşkarlanıb. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) həftəlik məlumatında qeyd olunub.
Məlumata əsasən, 2052,5 hektar ərazi minalardan təmizlənib.
2025-ci ildə 69,2 min hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Ümumilikdə isə 2020-ci ildən bəri azad edilmiş ərazilərdə 249 min hektara yaxın sahə minalardan təmizlənib.
Azərbaycanda da mina qurbanlarının sayı 3400 nəfərdən çoxdur. Onların 359 nəfərini uşaqlar təşkil edir. 38 nəfəri qadınlardır.
Təkcə İkinci Qarabağ Müharibəsindən sonra mina qurbanlarının sayı 382 nəfər təşkil edib. Onların 55 nəfəri həlak olub. Minaya düşənlərin 143 nəfəri isə mülki şəxslərdir.
Aytac Zeynalova