AZ

Data əsaslı və süni intellektə əsaslanan audit modelinə keçid sürətləndirilməlidir - Millət vəkili

Bakı. Trend:

Hesablama Palatasının hesabatında risk əsaslı audit hələ də tamformalaşmayıb. Risk reyestri mövcuddur, lakin audit tədbirlərinintam şəkildə risk əsaslı aparılıb-aparılmaması hesabatda aydınşəkildə öz əksini tapmır.

Trend xəbərverir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye vəsahibkarlıq komitəsinin üzvü, deputat Tahir Mirkişili komitəninbugünkü iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyətihaqqında hesabatının müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, hesabatda rəqəmsallaşma hələ ilkinmərhələdədir:

“Prosesə başlanılıb, lakin ümumilikdə rəqəmsallaşmanın palatanınfəaliyyətinə hansı təsiri göstərdiyi, hansı əlavə dəyəri yaratdığı,rəqəmsallaşmadan əvvəl və sonrakı fərqlərin nədən ibarət olduğuhesabatda daha geniş şəkildə əks olunsa, daha məqsədəuyğunolardı”.

Deputat vurğulayıb ki, auditdən təsir mərhələsinə keçidinsürətləndirilməsi vacibdir:

“Hər audit üzrə tövsiyələr, icra statistikası və maliyyə təsiri,xüsusilə Azərbaycan manatı ilə ayrıca göstərilməlidir. Yeni KPI-larçərçivəsində yalnız bərpa edilmiş vəsait deyil, həm də qarşısıalınmış israf məbləğinin göstərilməsi məqsədəuyğun olardı. Çünkibiz daha çox post-faktum nəticələrlə qarşılaşırıq, halbuki qarşısıalınmış itkilərin ölçülməsi də çox mühüm göstəricidir”.

T.Mirkişili xatırladıb ki, palatada tövsiyələrin icrasınanəzarət mexanizmi – “recommendation tracking” sistemi mövcuddur

“Təklif edirəm ki, bu sistem üzrə hesabatlar mütəmadi şəkildə,ya ümumi hesabat daxilində, ya da ayrıca sənəd kimi parlamentətəqdim olunsun. Tövsiyələrin icra faizi və bu istiqamətdə görülənişlər barədə məlumatların açıqlanması vacibdir”.

T.Mirkişilinin növbəti təklifi performans auditinin sayınınəhəmiyyətli dərəcədə artırılması ilə bağlı olub:

“Növbəti üç il ərzində performans auditi ümumi audit portfelininən azı 30–40 faizini təşkil etməlidir. Bunun üçün dövlətinvestisiyaları, subsidiyalar və sosial proqramlar kimi prioritetsahələr müəyyən edilməlidir.

Performans auditinin genişləndirilməsi yalnız HesablamaPalatasının fəaliyyətindən asılı deyil. Bu, ümumilikdə büdcəplanlaşdırmasının keyfiyyəti, məlumat bazasının genişliyi və əlavəməlumatların mövcudluğu ilə də sıx bağlıdır. Bu istiqamətdəirəliləyiş büdcə planlaşdırılmasında yeni yanaşmaların tətbiqinə dətəkan verə bilər”.

Komitənin üzvü risk əsaslı audit modelinin tam tətbiqini dətəklif edib:

“Hər il azı 20 əsas fiskal risk sahəsi müəyyənləşdirilməli vəaudit planı bu siyahı əsasında formalaşdırılmalıdır. 2026-cı ilüzrə bu istiqamətdə müəyyən addımlar atılıb və bəzi sahələr təqdimolunub ki, bu da müsbət haldır”.

O qeyd edib ki, son təklifi data əsaslı və süni intellektəəsaslanan audit modelinə keçidin sürətləndirilməsidir.

“Bunun üçün vergi, xəzinə və dövlət satınalmaları sistemlərinintam inteqrasiyası təmin edilməlidir. Bu yanaşma nəticəsində davamlıaudit modelinə keçid mümkün olacaq. Müasir texnologiyalar artıqimkan verir ki, audit yalnız müəyyən dövrlərlə məhdudlaşmasın,davamlı əsasda həyata keçirilsin”, - deyə o sözünüyekunlaşdırıb.

Məqalədə:
Seçilən
12
az.trend.az

1Mənbələr