AZ

"Palatanın hesabatında performans auditlərinin əhatə və sayı zəifdir" - Deputat

"Bəzi zəif cəhətlər var ki, onları qeyd etmək istərdim. Palatanın hesabatında da göstərildiyi kimi performans auditlərinin əhatə və sayı hələ də zəifdir. Hesabatın özündə də qeyd edilir ki, əhatə dairəsi zəifdir".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında  Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Tahir Mirkişili deyib.

"Daha çox uyğunlaşma auditi keçirilir. Uyğunlaşma auditi o deməkdir ki, bu vəsaitlər qaiməyə uyğun xərclənibmi? Bu vəsaitlər ümumiyyətlə xərclənməli idimi sualına daha çox performans auditi cavab verir. Amma performans auditinin sayı və əhatə dairəsində zəiflik mövcuddur. Risk əsaslı audit hələ də tam oturuşmayıb. Risk reyestri var, amma audit prioritetlərinin tam risk əsaslı aparılıb-aparılmadığı hesabtda tam görsənmir", - deyə deputat bildirib.

Seçilən
1
4
adalet.az

5Mənbələr