QHT.az Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatında Palatanın sədri Vüqar Gülməmmədov deyib.
Onun sözlərinə görə, 2025-ci ildə dövlət satınalmalarının vaxtında keçirilməsində ciddi problemlər müşahidə olunub. Satınalmalar rüblər üzrə qeyri-bərabər paylanıb və əsas cəmləşmə ilin sonuna təsadüf edib.
“Satınalmaların 60%-i ilin birinci yarısında, 31,2%-i isə dördüncü rübdə həyata keçirilib” – deyə Palata sədri bildirib.