AZ

Palatanın hesabatının nəticə yönümlülüyünün artırılmasına ehtiyac var - Deputat

Hesablama Palatasının 2025-ci ildəki fəaliyyəti barədə hesabatında güclü və zəif tərəfləri mövcuddur.

Hakimiyyet.az xəbər verir ki, bunu deputat Tahir Mirkişili  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, strateji yanaşma və planlaşdırma yaxşı səviyyədədir:

“2021–2025 Strateji Planının icrası yüksək səviyyədə həyata keçirilib və monitorinq çərçivəsi tətbiq olunub. Yeni 2026–2030 Strateji Plan qəbul edilib. Bunlar palatada institusional mühitin və planlı idarəetmənin səviyyəsini göstərir.

Audit əhatəsinin genişliyi qənaətbəxş hesab edilə bilər. Bu onu göstərir ki, sistemli və kompleks nəzarət var. Bunun nəticəsidir ki, Hesablama Palatası büdcə prosesində aktiv rol oynayır, büdcə layihələri və icrasına müntəzəm rəy verir. Buna uyğun olaraq da qanunvericiliyə təsir edən tövsiyələr qəbul olunur”.

O əlavə edib ki, Palata sadəcə audit yox, fiskal siyasətə təsir edən instituta çevrilib: “Audit hesabatlarının açıqlanma səviyyəsi 70%-ə çatıb. Maliyyə hesabatlarının  və satınalmaların ictimaiyyətə açıqlanması müsbət haldır”.

Deputat hesab edir ki, rəqəmsallaşmaya başlanması günün tələbədir: “ Audit fəaliyyətinin rəqəmsallaşdırılması, data analitika və süni intellektin istifadəsi hədəf kimi qoyulub. Bunlar gələcək faəliyyət üçün çox kritik istiqamətlərdir. Yaxşı haldır ki, Palata bunlara diqqət yetirir. Bir milyarddan artıq vəsaitin fiskal uyğunsuzluqlar aradan qaldırılıb. Büdcə uçotunda ciddi düzəlişlər edilib. Bunlar o deməkdir ki, bu tövsiyyələr real iqtisadi təsir gücünə malikdir”.

Hesablama Palatasının hesabatının zəif tərəflərini açıqlayan deputat bildirib ki, səmərəlilik auditləri hələ zəifdir. “Çünki auditin əhatə  dairəsi genişlənsə də hələ yetərli deyil. Bu daha çox uyğunluq auditi keçirilir. Digər mühüm məsələ isə risk əsaslı audit tam oturuşmaması ilə bağlıdır”.

Hesabatla bağlı təklifini verən deputat bildirib ki, “Auditdən təsirə” modelinə keçidi sürətləndirmək,  hər audit üçün icra statusu, maliyyə təsiri, bərpa edilmiş vəsai, israfın qarşısı alınmış məbləğ hesabatda əksini göstərsə yaxşı olar.  

Deputat onu da təklif edib ki, parlamentə  ayrıca hesabatın təqdim olunması faydalı olardı: “Bundan əlavə olaraq səmərələlik auditlərinin sayının kəskin artırılması, risk əsaslı audit modelinin tam tətbiqinə nail olunmalı, hər il yüksək 20 fiskal risk sahəsi siyahısı hazırlanmalıdır.  Yekun onu qeyd etmək istərdim ki, hesabatın iqtisadi təsir və nəticə yönümlülüyün daha da artırılmasına ehtiyac var”.

 Mürtəza

Seçilən
0
3
hakimiyyet.az

4Mənbələr