AZ

QHT sədri: Uşaqlara ad qoyulması milli kimlik məsələsidir VİDEO

Bakı, 13 aprel, AZƏRTAC

Uşaqlara ad qoyulması, sadəcə, zövq məsələsi və ya insanları bir-birindən fərqləndirmək üçün çağırış vasitəsi deyil. Bu, hər şeydən əvvəl milli kimlik məsələsidir. Milli yaddaş və mədəni davamlılıq həm də adlar vasitəsilə qorunur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Maarifçi Media Mərkəzi” İctimai Birliyinin sədri Səadət Məmmədova söyləyib.

O bildirib ki, ad seçimi Azərbaycan dilinin saflığının qorunmasının əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyevin son dövrlərdə bu məsələyə dair qətiyyətli mövqeyi bütün ictimaiyyət nümayəndələrini fəal olmağa çağırır.

"Son 5 ilin statistikasına nəzər saldıqda aydın olur ki, uşaqlara ad seçimi ilə bağlı müxtəlif problemlər və meyillər mövcuddur. Bunlardan biri milli kimliyimizə zidd olan adların seçilməsidir.

Bəzən gənc valideynlər seriallardan, cizgi filmlərindən, yaxud oxuduqları xarici əsərlərdən ilhamlanaraq övladlarına ad verirlər. Həmçinin ayrı-ayrı söz və şəkilçilərin birləşdirilməsi ilə Azərbaycan dilinin qaydalarına uyğun olmayan, milli kimliyi əks etdirməyən adlar yaranır. Hətta müasir texnoloji terminlərə istinad edilərək uşaqlara ad qoyulması halları da müşahidə olunur", - deyə S.Məmmədova vurğulayıb.

QHT sədri əlavə edib ki, əsas məqsəd gənc valideynləri övladlarına ad seçərkən mövcud bazalardan istifadəyə, milli kimliyimizi əks etdirən adlara üstünlük verməyə təşviq etməkdir.

Seçilən
0
1
azertag.az

2Mənbələr