AZ

“Biz Putinlə dost olmayacağıq” - Macarıstanın yeni seçilmiş Baş naziri

"Rusiya Prezidenti Vladimir Putinlə görüşməli olacağıq”.

Missiya.Az xəbər verir ki, bunu Macarıstanın yeni seçilmiş Baş naziri Peter Madyar deyib.

“Nə Rusiyanın, nə də Macarıstanın coğrafi mövqeyi dəyişməyəcək. Biz birlikdə yaşamalı olacağıq. Enerji asılılığımız da bir müddət qalacaq. Şaxələndirməni artırmalıyıq, amma bu, bir gecədə baş verməyəcək. Lazım gələrsə, danışıqlar aparacağıq, amma dost olmayacağıq”, - deyə siyasətçi vurğulayıb.

Madyar qeyd edib ki, Rusiya bizə dost ölkə deyil və biz Putinlə dost olmayacağıq. Buna baxmayaraq Rusiya böyük dövlətdir və ən əsası bizim müəyyən aslılığımız var. Ona görə də biz Rusiya ilə dialoqa davam edəcəyik.

Daşqın HəsənovMissiya.Az

Seçilən
35
missiya.az

1Mənbələr