Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakı, 13 aprel, AZƏRTAC
Azərbaycan millisinin və "Sabah"ın basketbolçusu Emmanuel Aqbason FIBA Gənclər Çempionlar Liqasında rəmzi komandaya düşüb.
AZƏRTAC xəbər verir ki, ən yaxşı "5"likdə yer alan basketbolçumuz bir sıra orta statistik göstəricilər (effektivlik - 35, xal 24.5, ribaund – 16.5, blok-şot – 4.5) üzrə birinci olub.
Emmanuel Aqbason Gənclər Çempionlar Liqasında Türkiyənin "Tofaş Bursa" klubu ilə keçirilən oyunda dabl-dabla imza atıb. "Sabah"ın 86:60 hesablı qələbəsi ilə başa çatan oyunda 26 xal və 23 ribaundla qələbədə əsas pay sahiblərindən olub. "Sabah"ın Almaniya təmsilçisi "Porşe BBA Lyudviqsburq" komandasını 72:61 hesabı ilə məğlub etdiyi oyunda isə 28 xal, 20 ribaund və 8 blok-şotla turnirin rekord göstəricisinə imza atıb.
Xatırladaq ki, "Sabah" Azərbaycan basketbolu tarixində ilk dəfə iştirak etdiyi Gənclər Çempionlar Liqasında 12 komanda arasında 7-ci olub.



Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.