AZ

Silva rekordla ayrılır

“Mançester Siti”nin futbolçusu Bernardo Silva İngiltərə Premyer Liqasında ən çox oyun keçirən portuqaliyalı oyunçu olub.

Msport.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi 32-ci turun “Çelsi” ilə səfər oyununda bu göstəriciyə imza atıb.

“Şəhərlilər”in 3 cavabsız qolla qalib gəldiyi görüş Silvanın liqada 297-ci oyunu olub. O, bu göstəricidə Luiş Boa Mortenin rekordunu (296 oyun) qırıb. Premyer Liqada ən çox oyun keçirən futbolçular siyahısında “3-lük”də Kriştiano Ronaldodur – 233 matç.

Qeyd edək ki, 2017-ci ildən “Mançester Siti”də çıxış edən Portuqaliya millisinin üzvü mövsümün sonunda komandadan ayrılacaq.

Seçilən
0
3
msport.az

4Mənbələr